
Qurban Qurbanov qələbəni şərh etdi

"Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi.
Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qələbəyə görə sevincli olduqlarını bildirib:
"Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. "Şkendiya" barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniya təmsilçisi FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".
O, qarşılaşmanın baş tutduğu "Todor Proeski” stadionunda ab-havanın möhtəşəm olduğunu söyləyib:
"Belə yaxşı stadionda bu qədər azarkeşin olması matçı daha da gözəlləşdirmişdi. Bu ab-hava “Şkendiya” komandasına da əlavə motivasiya vermişdi. Gözəl atmosferə və baxımlı oyuna görə həm yerli azarkeşlərə, həm də rəqib komandaya təşəkkür edirəm”.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər

Qurban Qurbanov kiminlə quda olub?
Xəbər Anı

Qurban Qurbanov Avropa çempionu oldu
Bugun.az

Qurban Qurbanov koronavirusa yoluxdu
İdman Xəbər

"Mənə bir də bu sualı verməyin" - Qurbanov əsəbilə...
Bugun.az

Rüfət Qurban vəfat etdi
Xəbər Anı

Qurban Qurbanov müqavilə təklifini rədd etdi
Son Xeberler