
Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində oldu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidini ziyarət edib.
Metbuat.az xəbər verir ki, nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib.
Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır.
Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mənəvi dəyərləri qoruyan yeni model tapmalıyıq - R...
Bugun.az

İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi
Son Xeberler

“Din təhsili sabitlik və harmoniya yaradan mühüm a...
Bugun.az

Ramin İsmayılov vəzifəsindən azad olundu
Bugun.az

Şuşadan ACI XƏBƏR GƏLDİ:
Son Xeberler

Şuşa məscidində 28 ildən sonra namaz qılındı -
Son Xeberler


