Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real" iki ulduza qapını göstərdi - Sərt qərar

23.10.2025 06:52 5 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real" iki ulduza qapını göstərdi - Sərt qərar

Real Madrid rəhbərliyi hücum xəttində gözlənilməz bir qərar qəbul edib. İspaniya mətbuatında dərc edilən xəbərlərə görə, klub braziliyalı ulduzlar Vinisius Junior və Rodriqo ilə yollarını ayırmağa hazırdır. Bu addım klubun hücum strategiyasını tamamilə yenidən qurmaq planının bir hissəsidir.


Madrid klubu, bu iki oyunçunun satışından 350 milyon avrodan çox gəlir əldə etməyi hədəfləyir. İddialara görə, prezident Florentino Peresin rəhbərlik etdiyi klub hər iki futbolçunun son çıxışlarından narazı qalıb. Buna görə də, onlar transfer siyahısına daxil ediliblər. “Real Madrid” hücum xəttini köklü şəkildə yeniləmək strategiyasını həyata keçirir.


Klubun mətbuatla paylaşdığı məlumatlara görə, yekun qərar mövsüm tam başa çatdıqdan sonra veriləcək. Vinisius Junior üçün Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilir. Rodriqoya isə İngiltərə Premyer Liqası komandalarından təkliflərin olduğu irəli sürülüb.


L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: