Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real" röyası bitdi, İngiltərəyə gedir - 120 milyonluq transfer

24.03.2025 17:25 99 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real" röyası bitdi, İngiltərəyə gedir - 120 milyonluq transfer

“Real Madrid”in transferindən imtina etdiyi Jeremie Frimpong karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Liverpul” futbolçunu transfer etmək üzrədir. “TEAMtalk”ın məlumatına görə, müdafiəçi Trent Alexander-Arnold mövsümün sonunda klubdan ayrılacağı üçün “Liverpul” onun mövqeyini doldurmaq istəyir. Trent Alexander-Arnoldun “Real”a keçəcəyi iddia edilir. Məlumata görə, Madrid rəhbərliyi Frimpongun müdafiədəki zəifliklərinə görə bu transferdən tamamilə imtina edib. Məlumata görə, “Liverpul” “Bayer Leverkuzen”in futbolçusu Jeremie Frimpongu transfer etmək üçün 120 milyon avro təklif edib.

Qeyd edək ki, Jeremie Frimpong “Bayer Leverkuzen”in heyətində 182 matçda 29 dəfə fərqlənib.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: