🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Saleh Məmmədova müavin təyin edildi

11.02.2025 10:25 19 baxış sayı 2 dəq. oxuma
Saleh Məmmədova müavin təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.

44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.

O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.

Qeyd edək ki, fevralın 4-də Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.

Paylaş: