Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şəhidin qardaşı dünyaya gəldi - FOTO

02.01.2025 17:25 126 baxış sayı 1 dəq. oxuma Metbuat
Şəhidin qardaşı dünyaya gəldi - FOTO

Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gətirib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

Y.Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. / oxu.az

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: