Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Şəmkir Regional Xəstəxanasına yeni təyinat -FOTO

30.10.2025 06:22 5 baxış sayı 1 dəq. oxuma Metbuat
Şəmkir Regional Xəstəxanasına yeni təyinat -FOTO

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı gerçəkləşib. Bu mühüm vəzifəyə Samirə Kazımova gətirilib. O, bu təyinatdan əvvəl Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində işləyən Kür Qəsəbə Xəstəxanasının baş həkimi idi.


Yeni baş həkimin təyin olunduğu Şəmkir Regional Xəstəxanası geniş coğrafiyaya tibbi xidmətlər göstərir. Xəstəxananın xidmət ərazisinə Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları daxildir. Ümumilikdə, 2 şəhər və 9 rayon üzrə vətəndaşlar Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən idarə olunan bu xəstəxananın xidmətlərindən yararlanırlar.


A
Biotexnologiya müxbiri

Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.

Bütün məqalələrə baxın
Paylaş: