Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Sevilya" "Barselona"nı darmadağın etdi

05.10.2025 20:25 32 baxış sayı 1 dəq. oxuma Metbuat
"Sevilya" "Barselona"nı darmadağın etdi

Futbol üzrə İspaniya çempionatının VIII turunda "Sevilya" "Barselona"nı darmadağın edib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutub və 4:1 hesabı ilə başa çatıb.

Belə ki, 13-cü dəqiqədə Aleksis Sançes "Barselona"nın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Bir qədər sonra Markus Reşford fərqi azaldıb. 74-cü dəqiqədə Robert Levandovski penaltini qola çevirə bilməyib.

Matçın son dəqiqələrində Xose Anxel Karmona (90) və Akor Adams (90-+ 6) daha iki qol vuraraq yekun hesabı müəyyənləşdiriblər.

Bu qələbə ilə "Sevilya" La Liqanın turnir cədvəlində altıncı pilləyə yüksəlib, "Barselona" isə liderlərdən 4 xal geri qalaraq dördüncü pillədə qalıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: