La Liqaya derbi ilə davam - Bu gecə

11.06.2020 18:13 561 baxış sayı 1 dəq. oxuma
La Liqaya derbi ilə davam - Bu gecə

Martın əvvəlindən koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası bu gecə bərpa olunur.


3 aylıq fasilədən sonra ilk görüş "Sevilya" ilə "Betis" arasında olacaq. 28-ci turun Əndəlüs derbisində "Sevilya" meydan sahibidir. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Qeyd edək ki, "Sevilya" 47 xalla turnir cədvəlinin 3-cü, "Betis" isə 33 xalla 12-ci pilləsində qərarlaşıb. "Barselona" 58 xalla liderdir.

C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: