Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Suriyada toqquşmalar gücləndi - 230-dan çox hərbçi həlak oldu

09.03.2025 15:25 95 baxış sayı 1 dəq. oxuma Metbuat
Suriyada toqquşmalar gücləndi -  230-dan çox hərbçi həlak oldu

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalarda 231 hökumət döyüşçüsü həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Ən şiddətli atışma Cebla şəhərində baş verib. KİV-in məlumatına görə, qarşıdurmalar zamanı yüzlərlə insan həlak olub.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: