![Bugun.az](https://sonxeberler.com/storage/thumbs/channels/2024/10/GrkhqcYtUJBJGlCpkHx3.jpg)
Trampın hədəsi nəticə verdi - ABŞ Meksikaya təşəkkür etdi
![Trampın hədəsi nəticə verdi - ABŞ Meksikaya təşəkkür etdi](https://metbuat.az/images/metbuat/images_t/1518358.jpg)
ABŞ dövlət katibi Marko Rubio və Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente telefonda danışıb.
Metbuat.az xəbər verir ki, tərəflər ABŞ-Meksika sərhədinin təhlükəsizliyini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin məlumatına görə, diplomatlar ABŞ-a qaçqınların qanunsuz axınının qarşısının alınmasını, qeyri-qanuni miqrantların keçidini və transmilli cinayət fəaliyyətinin qarşısının alınması yollarını müzakirə ediblər. Rubio Meksikaya ABŞ sərhədinə 10 min əsgər göndərdiyinə görə təşəkkür edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən məhsullara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə rüsum tətbiq edən sərəncam imzalayıb. Meksika Prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra Tramp Meksikanın sərhəd təhlükəsizliyini artırması müqabilində Meksikaya gömrük rüsumlarının tətbiqini təxirə salıb. Şeynbaum bildirib ki, Milli Qvardiya və ordu üzvləri ABŞ sərhədinə yerləşdirilməyə başlayıb.
Oxşar xəbərlər
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/A6FqC2lR054n3vjE6u7V.jpg)
Trampın oğlu koronavirusa yoluxdu
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/IrOiTfYrY9oLjhWJZNhT.jpg)
Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Et...
KIBRIT MEDIA
![](https://sonxeberler.com/storage/thumbs/defaults/news.jpg)
Soylunun Trampın qələbəsindən sonra diqqət çəkən p...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/oUBTccciDzOkldDOkOK0.jpg)
Corc Martin: “Tramp prezidentlik vəzifəsini rüsvay...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/11/KRxYfFObQWTXijRJJUr3.jpg)
Trampın qələbəsinə mərc qoyub, 85 milyon qazandı
Xəbər Anı
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/1Wv2hIXGMXTTGDFoHx7a.jpg)
Trampın səhhəti pisləşib
Son Xeberler