Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyədə qəzaya düşən təyyarənin qalıqları tapıldı - Ölən var

03.07.2025 05:25 37 baxış sayı 1 dəq. oxuma Metbuat
Türkiyədə qəzaya düşən təyyarənin qalıqları tapıldı - Ölən var

Xəbər verdiyimiz kimi, dünya turuna çıxan Mehmet Demirçinin idarə etdiyi "M20 J" tipli yüngülmühərrikli təyyarə Bayburt-Ərzurum sərhədində dağa çırpılaraq qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, təyyarənin axtarışlarına hərbi helikopterlər və ətraf vilayətlərdən AFAD (Fövqəladə Hallar İdarəsi) qrupları cəlb olunub.

Saatlarla davam edən axtarışlardan sonra təyyarənin qalıqları Rize-Bayburt sərhədində jandarma tərəfindən aşkar edilib. Qəza nəticəsində təyyarənin pilotu Mehmet Demirçi hadisə yerində həyatını itirib. Onun həyat yoldaşı, eyni zamanda sərnişin olan Hicran Kaya isə yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: