Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Vətən müharibəsi iştirakçısı Ukraynadakı döyüşlərdə öldü -FOTO

17.11.2025 14:32 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Vətən müharibəsi iştirakçısı Ukraynadakı döyüşlərdə öldü -FOTO

Rusiyanın Ukraynadakı müharibəsində bir ildən çoxdur itkin sayılan Ağdam sakini Quliyev Nicat Telman oğlunun nəşi tapılıb. 1994-cü il təvəllüdlü gəncin aqibəti uzun müddət qaranlıq qalmışdı. Bu məlumatı Nicat Quliyevin yaşadığı Ağdam rayonunun Bənövşələr qəsəbəsi sakinləri yayıb. Onların verdiyi xəbərə görə, şəxsin nəşi döyüş bölgəsindən aşkar edilib. Quliyevin cənazəsinin yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.


Nicat Quliyev Azərbaycan ictimaiyyətinə həm də 44 günlük Vətən müharibəsi iştirakçısı kimi tanınırdı. O, ölkənin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak etmişdi. Vətən müharibəsində xidmətini başa vurduqdan sonra N. Quluyev fərqli bir addım atdı.


Məlumata görə, gənc Rusiya ordusunun tərkibində Ukraynada davam edən hərbi əməliyyatlara qatılmışdı. Onun bir il əvvəl döyüş bölgəsində itkin düşdüyü bildirilirdi. Nəşinin tapılması ailəsi və yaxınları üçün ağır bir sonluq olsa da, uzun sürən qeyri-müəyyənliyə nöqtə qoyur.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: