🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olundu

07.08.2025 13:25 1 baxış sayı 2 dəq. oxuma
Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olundu

Polis əməkdaşları tərəfindən 5 rayonun dəniz sahilində antisanitar tədbirləri çərçivəsində 14 şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

"Paytaxtın Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.

Paylaş: