
XXVII tur başa çatdı

Azərbaycan Premyer Liqasının XXVII turun son matçında “Sumqayıt” “Turan Tovuz”u məğlub edib.
Metbuat.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubunun heyətində 8-ci dəqiqədə Ayxan Hüseynov fərqlənib. “Sumqayıt”ın qollarını Ayxan Süleymanlı (18) və Bobur Abdixolikov (64) vurub.
Bu nəticədən sonra “Sumqayıt” 28 xalla 7-ci yerdə qərarlaşıb. 43 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1), "Kəpəz" "Qarabağ" (0:0), “Sabah” isə “Zirə” (1:1) ilə heç-heçəyə razılaşıb. "Neftçi" "Səbail" üzərində qələbə qazanıb - 2:1.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan-Slovakiya Oyunu Bərabərliklə Bitdi - Mi...
Bugun.az

Türkiyədə Azərbaycan hərbçilərinin iştirak etdiyi...
Bugun.az

MEDİA-nın növbəti könüllülük proqramı uğurla başa...
Son Xeberler

"Neftçi" "Qəbələ" üzərində qələbə qazandı
Bugun.az

Qara qutuların açılması başa çatdı
Bugun.az

Ərdoğanın Azərbaycana səfəri başa çatdı
Bugun.az


