Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Zelenski seçkiyə gedir?

30.03.2025 15:25 91 baxış sayı 1 dəq. oxuma Metbuat
Zelenski seçkiyə gedir?

Ukraynada prezident seçkisi iyulda keçirilə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Ukrayna lideri Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək.

Qeyd edilib ki, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb.

Həmçinin qeyd edilib ki, ABŞ rəhbərliyi isə atəşkəsə aprelin sonuna qədər nail ola biləcəyinə inanır.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: