Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Zeynəb Xanlarovadan Yeni il sürprizi - FOTO

10.12.2024 20:25 150 baxış sayı 1 dəq. oxuma Metbuat
Zeynəb Xanlarovadan Yeni il sürprizi - FOTO

Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcək.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, Zeynəb Xanlarova AzTV-dəki çəkilişlərin məşqlərinə qatılıb.

Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi.

Zeynəb Xanlarova sonuncu dəfə ictimaiyyət arsına bu ilin mayında Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb. Xalq artisti "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: