
Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə müğənninin instaqram səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, Z.Xanlarovanın adından saxta profillər açılıb:
"Nəzərinizə çatdırmaq istəyirik ki, Zeynəb Xanlarova heç bir sosial şəbəkədən istifadə etmir. Onun adına açılmış bütün səhifələr pərəstişkarları tərəfindən, sənətkara qarşı olan sevgilərini bildirmək məqsədi ilə fəaliyyət göstərir. Həmçinin "@zeynebxanlarovamusic" səhifəsi də pərəstişkarı tərəfindən idarə olunur. Səhifəmizdə olan paylaşımları Zeynəb xanımın adından və rəsmi səhifə olaraq, ictimaiyyətə təqdim etməyin. Zeynəb Xanlarovanın adından saxta konsert verəcəyi xəbəri yayılıb. Bilet satışı ilə dolandırıcılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın. Rəsmi konsert xəbərləri yalnız müğənninin etibarlı və rəsmi kanalları vasitəsi ilə paylaşılır. Aldanmayın, diqqətli olun".
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zeynəb Xanlarovanın yeni görüntüləri - VİDEO
Bugun.az

Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi —
Son Xeberler

"Kəs səsini, mən sənətdə olanda sən yox idin" --...
Bugun.az

Zeynəb Xanlarovadan Yeni il sürprizi - FOTO
Bugun.az

28 nəfərə qarşı dələduzluq etdi
Son Xeberler

“Fədayə Zeynəb Xanlarovadan daha peşəkardır” -Bacı...
Bugun.az


