🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifələri üzrə vakansiya

06.11.2024 11:37 16 baxış sayı 3 dəq. oxuma
Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifələri üzrə vakansiya

“Ziraat Bank Azərbaycan” ASC Sumqayıt şəhərindəki filialına Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifələrinə işə dəvət edir

 


Vəzifəyə olan tələblər:

·        Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir); 
·        Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
·        Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri olan namizədlərə üstünlük verilir;


Əsas vəzifələr: 
·        Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
·        Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
·      Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək; 
·      Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
·      Çarpaz satışı təmin etmək;
·      Müştərilərin bankla günlük fəaliyyətlərini koordinasiya etmək.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sumqayıt_Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
 

Etiketlər

Paylaş: