
"Səyyar kofe evləri - regionlarda" layihəsinə start verildi

"Səyyar kofe evləri - regionlarda" layihəsinə start verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Səyyar kofe evləri” layihəsi bu dəfə regionlarda icra olunacaq.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən və 21-35 yaş aralığında olan 15 nəfər işsiz şəxsə kofe satışının təşkili üçün zəruri aktivlər təqdim ediləcək. Layihə Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, İsmayıllı, Şamaxı, Laçın rayonlarını, Gəncə və Şuşa şəhərlərini əhatə edəcək.
Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara, faktiki yaşadığı şəhər və ya rayonda çalışmaq istəyənlərə və "Məşğulluq haqqında" Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.
Layihəyə müraciət etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Meetups by PASHA Bank” layihəsinə yenidən start v...
Edumap.az Təhsil Portalı

Kofe ilə su içmək niyə vacibdir?
Bugun.az

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar...
Azəri Xəbər

Əliyev Paşinyanın kofe içmək təklifinə belə cavab...
Bugun.az

“Gənc Mülki Müdafiəçilər” layihəsinə start verilir
Edumap.az Təhsil Portalı

Azərbaycanda restoran, kafe və çay evləri açılır
Son Xeberler



