
Messi "Barselona"dan bu kluba gedir

Lionel Messinin "Barselona" ilə yeni müqavilənin danışıqlarını dayandırdığı barədə xəbər vermişdik.
La Liqada lider "Real"dan 4 xal geri düşən "Barselona"da rəhbərlik və baş məşqçi Kike Setyenlə münasibətləri yerində olmayan argentinalı ulduz müqaviləsi bitdikdən sonra klubdan ayrılacaq.
Messinin karyerasını "Mançester Siti"də davam etdirəcəyi bildirilir. Bu iddia ilə "Fox America"nın jurnalisti Kristian Martin çıxış edib. O, argentinalının keçmiş məşqçisi Xosep Qvardiolanın komandasında davam etdirə biləcəyini bildirib.
Lionel Messi cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 37 oyunda 27 qol vurub, 22 məhsuldar ötürmə edib.
Qeyd edək ki, son günlər "Barselona" ətrafında qalmaqallar səngimir. Futbolçularla rəhbərlik və baş məşqçi arasında problemlər mövcuddur. Mənfi ab-hava Lionel Messini bezdirib. Onu ən çox narahat edən isə bütün münaqişələrin səbəbkarı hesab edilməsidir. Həm məşqçilər heyəti, həm rəhbərlik, həm də Qrizmannla bağlı qalmaqallarda argentinalının adı hallanır. Messinin qərarı barədə komanda yoldaşlarını məlumatlandırığı bildirilir. Daha əvvəl isə klubla Messi arasında yeni müqavilənin razılaşdırıldığı barədə məlumat yayılmışdı. 1+1 seximi ilə bağlanacaqğı gözlənilən yeni müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulurdu. Messiyə hər mövsüm müqaviləni iyunun 10-na qədər birtərəfli qaydada poza bilmək hüququ verilidi. Maliyyə şərtləri isə əvvəlki kimi qalacaqdı. Messinin "Barselona” ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Messi "Barselona"da qalmaq üçün-
İdman Xəbər

"Barselona" Messini bu kluba satmağa razılıq verdi
İdman Xəbər

Messi "Barselona" ilə müqaviləsini uzadacaq
İdman Xəbər

Messi "Barselona"dan ayrılır -
İdman Xəbər

Messi ardıcıl 20 qol vuran ilk futbolçu olub
İdman Xəbər

La Liqadan Messiyə inanılmaz tələb -
İdman Xəbər



