
Tarixdə ilk dəfə- Futbolçular “Qızıl top”suz qalacaq

2020-ci ilin yekunları üzrə "Qızıl top" futbol mükafatını təqdim etməyəcəklər.
Bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalı xəbər verib.
“1956-cı ildən, tarixində ilk dəfə “Ballon d'Or France” ("Qızıl top") mükafatı kifayət qədər ədalətli şəraitin olmaması səbəbindən 2020-ci ildə təqdim edilməyəcək”, - məlumatda deyilir.
Mükafatın təsisçiləri qeyd ediblər ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə futbol mövsümü bərpa olunmayıb, ona görə də qalibin seçimi obyektiv olmayacaq.
Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək.
Qeyd edək ki, “Qızıl top” mükafatı “France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. 2019-cu ildə “Barselona” və Argentina yığmasının oyunçusu Lionel Messi “Qızıl top”a sahib olub.
Etiketlər
Oxşar xəbərlər

XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın
Son Xeberler

Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!
Son Xeberler

AMD Tarixdə İlk Dəfə Intel-i Qabaqladı!
Texnologiya xəbərləri

Bakı sakinlərinə XƏBƏRDARLIQ:
Son Xeberler

Ukrayna Belarusdakı səfirini geri çağırdı
Son Xeberler

Əhaliyə xəbərdarlıq!
Son Xeberler