"Trabzonspor"un futbolçusu Almaniya klubuna keçdi

22.09.2020 15:38 523 baxış sayı 1 dəq. oxuma
"Trabzonspor"un futbolçusu Almaniya klubuna keçdi

Türkiyənin "Trabzonspor" klubunda icarə əsasında oynayan Aleksander Serlot Almaniyanın "Leyptsiq" komandasına transfer olunub.

Bu barədə "Trabzonspor" klubundan rəsmi açıqlama verilib. Bundesliqa təmsilçisinin bu transfer üçün Superliqa klubuna 20 milyon təzminat ödəyəcəyi bildirilib. Bu məbləğin yarısının hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərənin "Kristal Palas" klubuna veriləcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı oyunçu ötən il "Trabzonspor"a keçmişdi. Onun Türkiyə təmsilçisi ilə icarə müqaviləsi gələn ilin yayında başa çatırdı.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: