
1565 müəllim iş yerini dəyişdi

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib.
Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.
Etiketlər
Oxşar xəbərlər

Tanınmış aparıcı iş yerini dəyişdi -
Şou Xəbər

Maqnit qütbü yerini dəyişdi - Bütün proqramlar yen...
Bugun.az

Müəllim birinci sinif şagirdini döyüb öldürdü
Son Xeberler

Prezidentin köməkçiləri tanınmış videoblogerlə gör...
Son Xeberler

Lerikdə müəllim yol qəzasında ölüb
Son Xeberler

Məşhur müğənni DÜNYASINI DƏYİŞDİ -
Son Xeberler