🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

28 il öncə baş verən QƏTLİAMIN DETALLARI FOTO

28.08.2020 09:59 476 baxış sayı 6 dəq. oxuma
28 il öncə baş verən QƏTLİAMIN DETALLARI

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 28 il keçir.

 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, doqquz nəfəri yaralayıblar.


Qətlə yetirilənlərin arasında altı azyaşlı uşaq, o cümlədən, altı aylıq körpə də olub, üç azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Metbuat.az-a özəl açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə dedi ki,


 

1992-ci ilin avqust ayının 28-də Ermənistan işğalçı ordusunun diversiya qrupu tərəfindən törədilən Ballıqaya qətliamı həmin ilin fevralında törədilmiş Xocalı soyqırımının, aprel ayının 8-də törədilmiş Ağdaban qırğınının davamıdır.

Tarixçi alim bildirib ki, Xocalı soyqırımı və Ağdaban qırğını zamanı olduğu kimi Ballıqayada da törədilən qətliamın əsas hədəfi hərbçilər deyil, birbaşa olaraq mülki əhali olub:

“Xocalı və Ağdabandan fərqli olaraq Ballıqaya ərazisi nə ermənilərin iddia etdiyi Qarabağın dağlıq hissəsində, nə də Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən strateji yolun üzərində yerləşmirdi. Bu ərazidə alaçıqlarda məskunlaşan şəxslər Laçın rayonundan didərgin salınmış insanlar idi. 6 azyaşlının, 6 nəfər isə 58 yaşdan yuxarı ahıl, ümumilikdə isə 24 insanın qətliamın qurbanı olması faciənin nə dərəcədə ağır olduğunu göstərir. Öz doğma yurd-yuvalarından didərgin düşmüş bu günahsız insanların diversiya qrupu tərəfindən vəhşicəsinə, iriçaplı silahlarla atəşə tutularaq məhv edilməsi, yandırılması işğalçı dövlətin əsl simasını ortaya qoyur. Onların tək məqsədinin ərazi işğalı deyil, həm də bu ərazinin tarixi sahibləri olan azərbaycanlıların fiziki məhvi olduğunu göstərir. Təbii ki, bütün bunlar illər boyunca aparılmış ultra-millətçi təbliğat nəticəsində formalaşmış nifrət psixologiyasının təzahürləridir. Həm də bu nifrət təkcə türklərə, azərbaycanlılara qarşı yönəlməyib”.

Fəlsəfə doktoru qeyd edib ki, Ermənistanın müstəqilliyinin elan edilməsindən sonrakı dövrün təhlili ermənilərin göz dikdikləri, ələ keçirdikləri tarixi Azərbaycan torpaqlarında əsrlərlə sülh şəraitində yaşamış azlıqlara qarşı da soyqırım siyasəti yürütdüyünü göstərir:

“Ermənilər yəhudiləri, yezidi kürdləri, aysorları da davamlı olaraq assimilyasiya siyasətinə məruz qoyub, onları müxtəlif formalarda fiziki məhvə və ya yerdəyişməyə məcbur ediblər".

Qeyd edək ki, Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib.

Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Paylaş: