ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır

24.11.2020 05:33 476 baxış sayı 1 dəq. oxuma
ABŞ rəhbərliyinin dəyişilməsinə başlanılır

Demokrat Co Baydenin qərargahı səlahiyyətlilərin formal ötürülmə prosedurunun başlandığını təsdiqləyib.

Bu barədə “TASS” xəbər verib.

“Ümumi Xidmətlər İdarəsinin rəhbəri seçilmiş prezident Co Bayden və seçilmiş vitse-prezident Kamala Harrisin seçkinin açıq qalibləri olduğunu təsdiqləyib və gələcək administrasiyaya hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək üçün lazım olan resursları və dəstəyi təqdim edib”, - Baydenin qərargahının icraçı direktoru Yohannes Abrahamın bəyanatında deyilir.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: