ABŞ seçkiləri 2020: Bayden, yoxsa Tramp?
ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir. ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizədi isə Co Baydendir.
Hazırda dünyanın bir çox siyasi analitikləri hər iki namizədin seçki kanpaniyasını diqqətli izləyib təhlil edirlər.
Amerika prezidentinin seçilməsi uzun və mürəkkəb bir prosesdir. Hazırda hər iki namizədin seçki qabağı aktivliyini dəyərləndirən politoloq Nəzakət Məmmədova bildirdi ki, ABŞ-da siyasi sistem elə qurulub ki, seçkilərin nəticəsi, kimin prezident olacağı təkcə seçicilərdən yox, hərbi-silah konsernləri, maliyyə dairələri və s.qüvvələrdən asılıdır.
''Bununla yanaşı, seçkilər yaxınlaşdıqca namizədlər arasında mübarizə kəskinləşir və bu da təbiidir. Rəqiblər bir-birinə qarşı ən amansız təbliğat üsullarından istifadə edirlər.
Məsələn, Tramp Baydeni sosializmin "Troya atı" adlandırsa da, Rusiya Trampın qələbəsini daha çox istəyir. Bunun bir sıra səbəbləri var, əsas səbəblərdən biri Trampın öz prezidentlik müddətində Rusiyanı deyil, Çini ABŞ-ın əsas rəqibi hesab edərək ona qarşı ölkənin resurslarını səfərbər etməsidir.
Ukrayna istisna olmaqla, post-sovet məkanı, o cümlədən, Azərbaycanın aid olduğu Xəzəryanı hövzə və Cənubi Qafqaz Rusiyanın təsir zonası kimi qəbul edildi.
Tramp Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxdı ki, bu da Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi, onun NATO-nun məsuliyyət zonasına daxil olmaması demək oldu.''
Co Bayden prezident seçilərsə Amerikanı necə bir gələcək gözləyir?
''Baydenin prezident seçiləcəyi təqdirdə ABŞ-dakı müəssisələrin başqa ölkələrə, o cümlədən, Çinə köçürüləcəyi, amerikalıların okeanın bu tayında bitib-tükənməyən müharibələrə cəlb olunacağı gözlənilir və Tramp bütün bunları sərt tənqid edir.
Hətta Tramp Çinin ABŞ-ın sahibinə çevriləcəyini qeyd edib. Təbii ki, hər iki namizədin çıxışlarında xalqı qane edən və etməyən məsələlər var.
Tramp Baydeni və onun Demokat partiyasını radikal solçu adlandırıb. Bu yaxınlarda ABŞ-da baş verən iğtişaşları da radikal marksist qüvvələrin təşkil etdiyi bildirilirdi.
Əgər belədirsə, Bayden həmin etirazçıların səsini qazanıb prezident seçilə bilər. Lakin Tramp bunun qarşısını almaq üçün seçicilərə belə bir sual verib:
"Demokrat partiyası bizim ölkəmizi necə idarə edə bilər ki, bütün vaxtını onun dağıdılmasına həsr edir?!"
Bütün bunlara baxmayaraq Bayden hələ ki, rəy sorğularında irəlidədir. Təbii ki, bu, seçicilərin əhvalını və rəylərini bilmək üçün əhəmiyyətlidir, lakin heç də həmişə etibarlı sayılmır. Məsələn, 2016-cı ildə Hillari Klinton seçki öncəsi rəy sorğularında qalib idi və Trampdan 3 milyon artıq səs toplamışdı.Lakin son nəticədə Tramp prezident seçildi.''
Politoloq bildirdi ki, seçkilərə əsas təsir edən məsələ pandemiya və onun 3 noyabra ölkəyə olan təsirinin nəticələri olacaqdır.
Oxşar xəbərlər
“Qalatasaray”da prezident seçkiləri
İdman Xəbər
Tacikistanda prezident seçkilərində yenilik
Son Xeberler
“Demokratlar seçkiləri oğurlamağa çalışırlar”
Son Xeberler
Tramp dünya gündəmini silkələdi:
Son Xeberler
Azərbaycanın 17 günə işğaldan azad etdiyi ərazilər...
Son Xeberler
Səslər tam hesablanmasa da, Tramp qalib gəldiyini...
Son Xeberler