“Demokratlar seçkiləri oğurlamağa çalışırlar”

03.11.2020 21:39 524 baxış sayı 2 dəq. oxuma
“Demokratlar seçkiləri oğurlamağa çalışırlar”

“Seçkiləri oğurlamağa çalışırlar, buna icazə verməyəcəyik”.

Bu barədə ABŞ-ın hazırki Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb.

“Bu axşam bir açıqlama edəcəm. Böyük bir qələbədir. Böyük üstünlüyümüz var, ancaq demokratlar seçkiləri bizdən oğurlamağa çalışırlar. Buna icazə verməyəcəyik”, - deyə Tramp qeyd edib.

Digər tərəfdən, “Tvitter” sosial şəbəkəsi Trampın “oğurlanmış seçki” ilə bağlı paylaşımına xəbərdarlıq qeydi əlavə edib.

“Bu tvitdə yerləşdirilən məzmunun bir hissəsi və ya hamısı mübahisəlidir və bir seçkidə və ya digər ictimai proseslərdə iştirak etməklə bağlı yanlış istiqamətləndirə bilər”.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: