Bayden qalibiyyətə yaxındır

05.11.2020 08:13 466 baxış sayı 2 dəq. oxuma
Bayden qalibiyyətə yaxındır

ABŞ Prezident seçkilərində Demokratlar partiyasından namizəd Cozef Bayden qalibiyyətə yaxın olduğunu açıqlayıb və ölkəni milli birliyə çağırıb.

 Miçiqan və Viskonsin kimi həlledici ştatlarda üstünlük əldə edən Bayden Trampın 214 səsinə qarşı ümumilikdə 264 səs toplayıb. Qalib gəlmək üçün hər hansı namizədin 270 səs toplaması lazımdır. Respublikaçılardan namizəd, hazırki Prezident Donald Tramp məğlub olacağı təqdirdə nəticələri qəbul etməyəcəyini və məhkəməyə müraciət edəcəyini bildirib.

“Uzun bir gecə davam edən səs saymadan sonra bəlli oldu ki, qalibiyyət üçün lazım olan 270 səsi toplamaq üçün kifayət qədər ştatda seçkiləri qazanmışıq. Bura qazandığımızı elan etmək üçün gəlməmişəm, amma səs sayma bitdikdən sonra qalib gələcəyimizə inandığımızı bildirmək üçün buradayam”,- deyə Bayden Vilminqton şəhərindəki çıxışında bildirib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: