Bayden Cen Psakini vəzifəyə gətirir

30.11.2020 06:58 523 baxış sayı 1 dəq. oxuma
Bayden Cen Psakini vəzifəyə gətirir

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin mətbuat katibi vəzifəsində Cen Psakini təyin etmək niyyətindədir.

Bu barədə bir sıra aparıcı ABŞ KİV-ləri məlumat yayıb.

Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda Baydenin keçid komandasının məsləhətçisidir.

Bildirilir ki, C.Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: