
Son Xeberler
9 abunə
Adnan Oktara 1000 il həbs verildi
11.01.2021 12:32
519 baxış sayı
2 dəq. oxuma

Türkiyədə "Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktar barəsində qərar çıxıb.
İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə Adnan Oktar 1000 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunmuşdu. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilmişdi.
Ona qarşı cinayət törətmək məqsədilə təşkilat qurulması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.
L
Siyasi şərhçi
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

8 000 il həbsə məhkum edilən Adnan Oktarın varidat...
Xəbər Anı
246
26/10 14:17

Adnan Oktarla bağlı ŞOK FAKT üzə çıxdı:
Son Xeberler
992
10/02 06:29

Adnan Əhmədzadə belə həbs edilibmiş
Bugun.az
24
20/09 14:25

Messi Azərbaycana gəlir
Xəbər Anı
241
15/11 11:11

Keçmiş Baş nazirə 52 il həbs cəzası verildi
Son Xeberler
823
28/07 14:52

Abramoviçin Boğaz sahilindəki villasının son görün...
Son Xeberler
25
14/10 11:47


