
"Ağdam 2-3 ilə tam bərpa oluna bilər" - İlham Əliyev

"Hesab edirəm ki, Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, bundan əvvəl ərazi minalardan təmizlənməli və infrastruktur layihələri həyata keçirilməlidir:
"Bütün şəhərlərin enerji şəbəkəsi yaradılacaq və artıq büdcə proqramı təsdiq edilib, bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaq. Biz tək evləri tikməli deyilik, orada xəstəxana, məktəb, bağça tikilməli və yeni iş yerləri açılmalıdır. Bütün bu işlər böyük qayıdış proqramının tərkib hissəsidir. Bu işlər tək Ağdama yox, digər şəhərlərə də aiddir. Qarşıda böyük işlər var və biz bütün bunları daxili resurslarımız hesabına edəcəyik və artıq başlamışıq. Orada vətəndaşlarımıza ən yüksək şərait yaradacayıq".
Oxşar xəbərlər

Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər -
Son Xeberler

“Barselona”nın prezidenti Messiyə görə həbs oluna...
İdman Xəbər

Qadınlara ölümcül təhlükə barədə
Tibbi məlumatlar

Qadınlara ölümcül təhlükə barədə
Tibbi məlumatlar

“Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddətə açılacaq...
Son Xeberler

Tovuzun Ağdam kəndində hazırkı vəziyyət -
Son Xeberler