Ağdam məscidi işıqlandırıldı -

22.11.2020 05:47 592 baxış sayı 1 dəq. oxuma
Ağdam məscidi işıqlandırıldı -

27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cümə məscidi də elektriklə təchiz olunub.

Bu barədə millət vəkili Qənirə Paşayeva feysbuk səhifəsində paylaşım edib.

O, fotoya "27 il sonra Ağdam məscidi. Sənə şükürlər olsun Allahım!" sözlərini əlavə edib.

Qeyd edək ki, ötən həftə Şuşa şəhərindəki Gövhər Ağa məscidinin də işıqlandırılması baş tutumuşdu.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: