🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ARB 24-ün 4 əməkdaşı koronavirusa yoluxub

03.07.2020 08:50 426 baxış sayı 2 dəq. oxuma
ARB 24-ün 4 əməkdaşı koronavirusa yoluxub

COVİD-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, "ARB 24" telekanalının 4 əməkdaşında da koronavirus aşkarlanıb.

İlk testi pozitiv çıxan 2 əməkdaş karantin şəraitində 1 həftə saxlanılıb. Yenidən test verdikdə isə nəticə neqativ olub. Onlar artıq evə buraxılıblar.

Bir əməkdaş isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda kanalın bir əməkdaşının müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

Əməkdaşlarda ilk virusa yoluxma fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb. Bundan başqa sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq "ARB 24" telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb

Paylaş: