
Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni görüntülər - FOTOLAR

Türkiyənin Milli Müdafiə Naziriliyi Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ilə bağlı yeni görüntülər yayıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Təlimlərdən fotoları təqdim edirik:
Oxşar xəbərlər

Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? -
Son Xeberler

Bir fotonun göndərdiyi diplomatik mesaj
Son Xeberler

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri da...
Son Xeberler

Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? -
Son Xeberler

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum...
Son Xeberler

Dağlıq Qarabağ ilə bağlı
Son Xeberler