Azərbaycana təxliyə olunan 33 nəfərdə COVİD-19 tapıldı - RƏSMİ
Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaşlarımız Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir.
Həftəlik əsasda Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlarımızın Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi həyata keçirilir.
Sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər.
Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub.
Əvvəlki aylarda həyata keçirilmiş təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunmuşdur. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.
TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Azərbaycan vətəndaşları Qazaxıstandan təxliyə edil...
Son Xeberler
İsrail Baalbek Əhalisinə Təxliyə Edilməyi Tələb Et...
Bugun.az
Azərbaycanın 178 vətəndaşının Gürcüstandan təxliyə...
Son Xeberler
Bakı Məktəbində Yanğın Siqnalı: Şagirdlər Təxliyə...
Son Xeberler
Britaniyanın yeni COVID-19 statistikası
Son Xeberler
ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi
Son Xeberler