Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

10.07.2020 09:22 584 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 
 
Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli  bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib: "Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.
 
Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş. 
Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: