Daha bir həkim koronavirusdan öldü FOTO

07.07.2020 12:16 548 baxış sayı 2 dəq. oxuma
Daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli APA-ya bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib:

"Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: