“Azərsun Holdinq” Heydər Əliyevin xatirəsini yad etdi - FOTOLAR

12.12.2020 14:14 544 baxış sayı 2 dəq. oxuma
“Azərsun Holdinq” Heydər Əliyevin xatirəsini yad etdi -

Azərbaycanın tarixinə böyük hörmət və diqqətlə yanaşan “Azərsun Holdinq” tərəfindən ümumilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

“Azərsun Holdinq”dən  bildirilib ki, tədbirlər çərçivəsində holdinq rəhbərliyi və kollektivi müstəqil Azərbaycan dövlətçiliyinin banisi, Heydər Əliyevin məzarını ziyarət edib. Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal və kollektivi ümumilli liderin məzarı önünə gül dəstəsi qoyub.

Ziyarət zamanı görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

 



A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: