Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdi

19.12.2024 21:25 145 baxış sayı 1 dəq. oxuma Metbuat
Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdi

Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.

Baş nazir, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: