
Bakıda daha bir “BakuBus” yandı

Bu gün səhər saatlarında paytaxtda avtobus yanıb.
88A nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 99 JH 038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın olub.
Belə ki, avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman sürücü avtobusda texniki nasazlıq hiss edib.
Daha sonra isə yanğın baş verib. Hadisə zamanı avtobusda sərnişin olmayıb, xəsarət alan yoxdur.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin ehtimala görə, hadisəyə səbəb “BakuBus” avtobusların iki aydan artıqdır ki, fasiləsiz istismarda olması ilə bağlıdır.
Qeyd edək ki, bu, son 15 gün ərzində “BakuBus”a məxsus sayca ikinci yanan avtobusdur.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ! 18 metrlik “BakuBus” avtobusu qəzaya u...
Son Xeberler

Daha bir marşrut xətti “BakuBus”a verildi
Son Xeberler

“BakuBus”un rəhbəri vəzifəsindən azad edildi
Son Xeberler

"Bakubus" yarım milyon manatlıq geyim alır
Son Xeberler

Bakıda “Mercedes” yandı
Son Xeberler

Prezidentdən AZAL və Bakı Metropoliteni barədə müh...
Son Xeberler


