🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda hamilə qadın koronavirusdan öldü

29.06.2020 10:04 474 baxış sayı 2 dəq. oxuma
Bakıda hamilə qadın koronavirusdan öldü

Bakıda hamilə qadın koronavirusdan dünyasını dəyişib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, doğuşdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicəsi davam etdirilən qadın 10 günlük komadan sonra ayılmayıb. 

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məsələ ilə bağlı açıqlamasında bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub:

"Ana çox ağır "COVİD"li xəstə idi. Hazırda körpənin vəziyyəti ilk günlərdəki kimi çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil. Bununla yanaşı, vaxtından erkən doğulmanın əlamətləri vəziyyətini daha da ağırlaşdırır. 

Uşaqdan götürülmüş "COVİD-19" RP - PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil, körpəni hər an itirə bilərik".

Etiketlər

Paylaş: