
Bakıda maşında sıxılıb qalan sürücü belə çıxarıldı - VİDEO

Bakıda yol qəzası baş verib.
Hadisə fevralın 8-i saat 17 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı 99-JU-480 dövlət nömrə nişanlı yük avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yük avtomobilində deformasiyaya uğrayaraq sıxılmış vəziyyətdə qalıb.
Daha sonra qəza barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edilib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanlı müğənni qəza keçirdi - 3 nəfər öldü
Son Xeberler

Neymar Braziliya millisinin heyətindən çıxarıldı
İdman Xəbər

Bakıda evdə yanğın olub
Son Xeberler

Ermənistanın 556-cı alayının taboru sıradan çıxarı...
Son Xeberler

Bakıda yaşayış binasında
Son Xeberler

Türkiyədə daha bir dəhşətli PARTLAYIŞ
Son Xeberler


