
Bakıda narkotik istifadəçisi həbs edildi

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun narkotik istifadəçisi olduğu müəyyən edilib.
Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 60 gün müddətinə inzibati qaydada həbs edilib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Lotu Quli"nin qohumu Bakıda həbs edildi!
Son Xeberler
İstanbul Maltepədə Keçirilən Narkotik Əməliyyatı:...
Son Xeberler

Daha bir tiktoker həbs edildi
Xəbər Anı

Tiktoker "Miray" həbs edildi
Bugun.az

Müğənni Xankəndidə həbs edildi -SƏBƏB
Bugun.az

Bakıda xanım direktor həbs edildi -
Son Xeberler


