02.01.2021 18:41
6 abunə
330
Bakıda Türkiyə vətəndaşı qadına və özünə 10 bıçaq zərbəsi vurdu
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində tanışı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.
Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı araşdırılır.