🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda yol polisi deputatı qovub tutdu, qalmaqal yarandı

08.09.2020 06:56 1,044 baxış sayı 4 dəq. oxuma
Bakıda yol polisi deputatı qovub tutdu, qalmaqal yarandı

Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb.

Bu barədə R.Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, hadisə ötən gecə Novxanı yolunda baş verib:

“99 YP 172 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50. Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? “Bandit” qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu...

...Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də. Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər. Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm”.

Məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən və yol polisindən münasibət öyrənmək mümkün olmayıb.

 

 

 

Paylaş: