🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bar və restoranların gecə fəaliyyətinə İCAZƏ VERİLDİ

27.01.2021 07:51 448 baxış sayı 1 dəq. oxuma
Bar və restoranların gecə fəaliyyətinə İCAZƏ VERİLDİ

Moskvada karantin rejimi bir qədər də yumşaldılıb.

Şəhər meri Sergey Sobyanin bununla bağlı müvafiq fərman imzalayaraq bəyan edib ki, işçilərin ən azı 30%-nin distant rejimdə çalışması tələbi artıq məcburi deyil.

İşçiləri ofislərinə qaytarmaq və ya “uzaqda” saxlamaq konkret müəssisə və təşkilat rəhbərlərinin qərarına verilir.

İaşə müəssisələri, gecə klubları, barlar, diskotekalar, karaoke, boulinq, istirahət və əyləncə müəssisələrinin gecə saat 23.00-dan 6.00-dək işinə qoyulan məhdudiyyətlər də ləğv edilir.

Qeyd olunub ki, digər məhdudiyyətlərin ləğv olunacağı tarix və mərhələlər daha sonra açıqlanacaq.

Paylaş: