
Bayrağı təhqir etdiyinə görə BDU-dan qovulan tələbə ilə bağlı MÜHÜM AÇIQLAMA

"Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu BDU tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib".
Bunu apa-ya BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.
O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib.
"Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək".
Oxşar xəbərlər

BDU-dan qovulan tələbə danışdı:
Son Xeberler

Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu
Son Xeberler

BDU-dan qovulan tələbə üzr istədi -
Son Xeberler

Mübariz postuna Azərbaycan Bayrağı sancıldı -
Son Xeberler

SON DƏQİQƏ: Ermənistan ordusunun döyüş bayrağı əl...
Son Xeberler

Prezident Dövlət Bayrağı Günü ilə bağlı paylaşım e...
Bugun.az