Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur

20.06.2020 12:04 704 baxış sayı 1 dəq. oxuma
Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Bunu baku.ws-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

K
Mədəniyyət redaktoru

Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...

Bütün məqalələrə baxın
Paylaş: