“Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik” - VİDEO
"Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik".
Bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəlməlidir, amma arxa cəbhəni də unuda bilmərik:
"Arxa cəbhədə olan naliyyətsizlik, ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə də səbəb ola bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Biz haqq savaşındayıq. Onlara da həkim lazım olacaq. Məsuliyyətsiz baxımından virusa yoluxmuş insanlara vaxt itkisi olar, çünki hərbçilərimizə görə məsuliyyətli olmalıyıq. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir".
Oxşar xəbərlər
Azərbaycanda martın 15-dən sonra qapanma olacaqmı?...
Son Xeberler
Yaqut Qarayeva: "Sərt karantinin nəticəsi ən az 10...
Son Xeberler
Şahmar Mövsümov:
Son Xeberler
İrandan dünyanı qorxuya SALAN AÇIQLAMA:
Son Xeberler
İki həftədən sonra vətəndaşların vaksinasiyası baş...
Son Xeberler
“Bəzi kəndlər haqda bu gün də məlumat verə bilərik...
Son Xeberler